Şahin Şıxlinski həbsxanada özünə kamera yoldaşı istəyib
KONKRET.az xəbər verir ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri, hazırda Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında saxlanılan Şahin Şıxlinski təkadamlıq kameradan narazılığını bildirib və ona kamera yoldaşı verilməsini xahiş edib.
Regional İctimai Nəzarət Komissiyasının katibi Vladimir Popovun sözlərinə görə, Şıxlinskinin saxlandığı kamera təmirli və normativlərə uyğun olsa da, onun fiziki ölçülərinə görə çox kiçikdir.
“O, məhdud şəraitdədir. Yaşlı və xəstə adamdır, elə bir xəstəliyi var ki, qəfil tibbi yardım lazım ola bilər. Yanında kameral yoldaşının olması vacibdir ki, zəruri halda həyəcan qaldırıb həkimləri çağıra bilsin,” – deyə Popov Ura.ru-ya açıqlamasında bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az