Müğənni Elçin boşandığını ilk dəfə ETİRAF ETDİ: “Problem məndədir”backend

Müğənni Elçin Cəfərov ilk dəfə boşandığını açıqlayıb.

KONKRET.az yazır ki, sənətçi bu barədə “PrimeTime”a müsahibəsi zamanı danışıb. Elçin deyib ki, xanımı Aydanla rəsmi sənəddə ayrılıb:

“Bu məlumatı kimin niyə sızdırdığını deyə bilmərəm. Ümumiyyətlə yaxşı hal deyil. Tamaşaçı baxır, Elçini həmişə nümunəvi görür. Mən örnək olmağa çalışmışam. Bu, həyatın bir sınağıdır. Onunla razılaşıram. Hər şeyin yaxşı olacağına inanıram. Rəsmi sənəddə boşanma var. Amma mən heç nəyə sənədlə baxmıram. Getdin ailə qurdun, kağızda yazdılar ailə qurdular, boşananda yazırlar ki, boşandılar. Bütün problemlər məndədir. Çünki evin böyüyü mənəm. Allahın qismətidir. Xeyirlisi. Bizi birləşdirən Allahdır, bu nə vaxt olacaq, necə olacaq. Nə olacaqsa, şükürlər olsun”.

Elçin həmçinin Aydanın ad günü fotolarında yer almamasından söz açıb:

“O səhər yeməyi idi. Bu da bizdə hər həftə baş verir. Uşaqlarla bir yerdəydi. Mən orada çox vaxt olmuram. Ad günü məclisi deyildi”. 

Xatırladaq ki, Aydan Cəfərova-Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızıdır.

(OLAY)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*