“Yanvarın biri. Həyatımın ən soyuq gününə ən isti möcüzə kimi gəldin, balaca qızım Aidam. Bu gün 2 yaşın tamam olur”.
KONKRET.az xəbər verir ki, bunu Sevda Yahyayeva qızı Aida ilə bağlı yazıb.
Müğənni paylaşımında daha sonra qeyd edib: “Sən gülüşünlə evimizi işıqlandıran, bacınla bir yerdə ürəyimi ikiqat döyündürən balaca möcüzəmsən. Ana olaraq sənə arzum budur ki, yolun həmişə işıqlı, qəlbin həmişə sevgi dolu olsun. Bacınla bir yerdə böyüyəsiniz, bir-birinizin dayağı, sirdaşı olasınız. Yaxşı ki, mənim qızımsan… ad günün mübarək, Aidam”. (yeni sabah)
