Həmkəndlisinə 13 bıçaq zərbəsi endirən şəxs saxlanıldıbackend

Həmkəndlisinə 13 bıçaq zərbəsi endirən şəxs saxlanıldı

Zaqatalada həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Həmkəndlilər arasında düşən düşən dava bıçaqlanma ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, hadisə Zaqatala  rayonunun Qandax kəndində baş verib.

Belə ki,  kənddə çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri qismində gələn həmkəndlisi Tural adlı şəxslə aralarında mübahisə yaranıb. Nəticədə Tural adlı şəxs 33 yaşlı Nurlan Muradovu bıçaqlayıb.

Yaralı dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N. Muradovun bədənində 10 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib. Yaralının vəziyyəti nəzərə alınmaqla  cərrahi əməliyyat olunub. Vəziyyətinin kafi oldugu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*