Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılıbmış!backend

Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılıbmış!

SSRİ-nin keçmiş daxili işlər naziri (1988-1990), DTK-nın sonuncu şefi (1991-1992) Vadim Bakatin özünün “Keçmiş zamanda yol” (Дорога в прошедшем времени) kitabında 1990-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Ayaz Mütəllibovun ona yazdığı məktubu dərc edib.

KONKRET.az axar.az-a istinadən məktubun mətnini təqdim edir:

“Sizə etdiyimiz şifahi müraciətdən fərqli olaraq, yazılı müraciətin bəlli bir həssaslığı vardır. Ümid edirəm ki, bu qeydlər Sizin cari vəziyyətlə bağlı dəqiq fikrinizin formalaşmasında yetərli olacaq. Təbii ki, burada Ermənistan və Azərbaycan arasındakı əlaqələrin inkişafına təsir edən vəziyyəti nəzərdə tuturam.

Çoxları, o cümlədən Siz də əminsiniz ki, mövcud mərhələdə danışıqlar yolu ilə qarşıdurmanı aradan qaldırmaq və iki respublika arasındakı münasibətlərin vəziyyətini yumşaltmaq mümkündür. Sizi əmin etmək istəyirəm ki, konkret olaraq bu halda, danışıqlara başlamazdan əvvəl – hansı ki, mənim başa düşdüyümə görə, respublikalar arasında Dağlıq Qarabağ hadisələrindən əvvəl mövcud olmuş status-kvonun bərpasından söhbət gedir – müəyyən addımlar atılmalıdır. Yəni:

– Silahlı qruplaşmalar tərk-silah edilməlidir (razılaşın ki, Ermənistanda yaradılmış “milli ordu” Dağlıq Qarabağ məsələsində Azərbaycana psixoloji təzyiq göstərmək üçün təşkil olunmuşdur). Bu şəraitdə heç bir danışıqlar mümkün deyil.

– Dağlıq Qarabağın işlərinə müdaxilə dayandırmalıdır. Bu muxtar vilayət Azərbaycanın tərkib hissəsidir, Ermənistanın yox. Orada ermənilərin yaşaması heç nəyi dəyişmir. Ermənistan ərazisində artıq azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağ, ermənilər və onların “öz müqəddəratını təyinetmə” uğrunda “mübarizəsi” barədə hər yerdə hay-küy qaldırmaq nə dərəcədə etikdir? Siz mənim məsələyə baxışımı soruşursunuz. Bəs bunu xalqa necə izah edək? Axı heç kim XX əsrin əvvəllərində Ermənistan əhalisinin yarısını təşkil edən azərbaycanlılardan danışmır. Amma bu gün orada bir nəfər belə azərbaycanlı qalmayıb və biz ermənilər haqqında, onların guya diskriminasiyası, demoqrafik dəyişikliklər və sair barədə danışırıq.

Mən tam əminəm ki, bu gün Dağlıq Qarabağın mövcudluğu Azərbaycandan çox, Ermənistandan asılıdır. Əgər onlar bunu anlamazlarsa, muxtariyyət mövcudluğunu dayandıracaq, çünki orada ermənilər qalmayacaq! Və sizi əmin edirəm ki, heç bir ordu vəziyyəti xilas edə bilməyəcək. Buna görə də bizim şərtlərimiz belədir:

Azərbaycan suveren respublikadır. Dağlıq Qarabağ isə Azərbaycanın tərkibində, onun iqtisadi və siyasi strukturunda muxtar vilayətdir. Azərbaycanın ərazisində Azərbaycan SSR və SSRİ Konstitusiyası qüvvədədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*