Müxtəlif ölkələrdə ödənişli məzuniyyət nə qədər davam edir?backend

Müxtəlif ölkələrdə ödənişli məzuniyyət nə qədər davam edir?

Dünyada ödənişli məzuniyyətlə bağlı orta göstərici 30 gün təşkil edir.

KONKRET.az xəbər verir ki, buraya həm ödənişli məzuniyyət, həm də dövlət bayramları daxildir. İşəgötürən hesabına ən çox istirahət edənlər İran vətəndaşlarıdır – ildə 53 gün. İlk üçlükdə Yəmən (45 gün) və Bəhreyn (44 gün) də yer alır.

Ən qısa məzuniyyət isə Mikroneziyadadır – cəmi 9 gün. ABŞ vətəndaşlarının da istirahət imkanları o qədər geniş deyil – 10 gün.

Avropada göstərici təxminən dünya üzrə orta səviyyədədir. İsveç, Portuqaliya və Slovakiyada bu rəqəm 35 gün təşkil edir.

Rusiyada isə 2025-ci il üzrə bu göstərici 42 gün olub.

Azərbaycanda isə ödənişli məzuniyyət maksimum 36 gündür.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*