Naira Zöhrabyan hesab edir ki, Ermənistan dövlətçiliyinin sonudurbackend

Naira Zöhrabyan hesab edir ki, Ermənistan dövlətçiliyinin sonudur

“2018-ci ildən biz daimi fəlakət, faciə içində yaşayırıq və 2018-ci ildən etibarən hər gün Ermənistan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı  Naira Zöhrabyan deyib. Zöhrabyan bildirib ki,  əvvəllər ilə yekun vuran zaman açıq-aydın qeyd edirdik ki, bizim 2 erməni dövlətimiz, güclü ordumuz, strateji müttəfiqlərimiz var: “Bu gün Paşinyan nə qədər hakimiyyətdədir, Ermənistanın  mövcudluğu təhlükədədir. İndi həm xarici, həm də daxili çağırışları, eləcə də regional aktorlar və Ermənistan üçün nəticələri olmayan Suriya münaqişəsini nəzərə alaraq bir nəticə çıxara bilərəm. Bu hökumət hakimiyyətdə qalsa, Ermənistan dövlətçiliyinin sonuna aylar qalıb”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*