Afrika deyəndə insanların ağlına ilk gələn aclıq və səfalətdir. Ona görə də bu dəfə Namibiyadan bəhs edəcəyik. Görək doğrudandamı Afrika ölkələrində vəziyyət mürəkkəbdir. Qeyd edək ki, Namibiya Afrikanın 10 ən varlı ölkəsindən biridir:
– Mavriki, Seyşel adaları, Əlcəzair, Cənubi Afrika Respublikası (CAR), Misir, Tunis, Botsvana, Qabon, Ekvatorial Qvineya, Namibiya;
KONKRET.az xəbər verir ki, Namibiya dünyanın ən böyük uran istehsalçılarındandır. Bu ölkədə almaz və qızıl kimi faydalı qazıntılar çoxdur. Qeyd olunan qiymətlər beynəlxalq turizm şirkətlərinin iyul ayına olan siyahısıdır:
Kafe-restoran
Bahalı olmayan restoranda qidalanmaq 15 AZN
Orta səviyyəli restoranda 2 nəfərlik xörək 60 AZN
BigMac 10 AZN
Ev pivəsi 2.60 AZN
Kapuçino 3.40 AZN
0.33 litr Coca-Cola 1.70 AZN
0.33 litr xarici pivə 3.40 AZN
Ərzaq
0.33 litr su 1.70 AZN
1 litr süd 2.50 AZN
0.5 kq çörək 1.40 AZN
1 kq ağ düyü 3 AZN
12 ədəd yumurta 4.40 AZN
1 kq yerli pendir 14.30 AZN
1 kq toyuğun döş əti 8.70 AZN
1 kq mal əti 9.90 AZN
1 kq alma 4.40 AZN
1 kq banan 4.50 AZN
1 kq apelsin 5 AZN
1 kq pomidor 3.30 AZN
1 kq kartof 4.20 AZN
1 kq soğan 2.90 AZN
1 qutu siqaret 6 AZN
Nəqliyyat
İctimai nəqliyyat 1.60 AZN
Taksinin 1 km qiyməti 1.80 AZN
1 litr benzin 1.90 AZN
Volkswagen Golf 1.4 90 KW Trendline 33 000 AZN
Turizm şirkətlərinin qiymətlərindən rəsmi informasiyaya keçsək, Namibiyada minimum əmək haqqı 180 AZN, orta aylıq məvacib 250 manatdır. 2.6 milyon əhali arasında işsizlik 33.4, inflyasiya 4.6 faizdir. Ölkə Doing Business reytinqində 104-cü yerdədir. Bu statistika ən varlı 10 Afrika ölkəsindən birində sosial vəziyyətin elə də ürəkaçan olmadığını isbatlayır.
Siyahıdakı digər ölkələr barədə də informasiya yayacağıq.
Anar Rəhimov,
KONKRET.az
Оценка
2 533 794 чел. (143-е)
• Плотность
3,1 чел./км²
ВВП (ППС)
• Итого (2019)
27,270 млрд[3] долл. (138-й)
• На душу населения
11 298[3] долл. (104-й)
ВВП (номинал)
• Итого (2019)
14,513 млрд[3] долл. (123-й)
Siz niyə bizi Afrikanın ən geridə qalan ölkəsi ilə müqayisə edirsiniz? Azərbaycanda sadə insanlar hamama gedən zaman, Pyotur birinci boçkada yuyunurmuş! Azərbaycan Avropa ölkəsində yerləşir!!!