Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə xanımı ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, o, toyundan foto paylaşaraq evlilik ildönümləri olduğunu qeyd edib:
“12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb, “Toyun mübarək, xoşbəxt ol!” demişdi. İllər keçdikcə nə qədər doğru bir addım atdığımın fərqinə varıram. Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gərdik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdməzarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə — bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir.
Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım”, – deyə Namiq paylaşımında bildirib.