Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunubbackend

Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub.

KONKRET.az xəbər verir ki, Masallı rayonu ərazisində “BYD” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R. Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*