NATO-nun Baş katibi Mark Rütte noyabrın 25-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat verilib.
Məlumata görə, Rütte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə görüşəcək.