Hollandiyanın keçmiş baş naziri Mark Rutte NATO-nun baş katibi təyin olunduğu ikinci gündə Kiyevə səfər edib.
KONKRET.az xəbər verir ki, o artıq Kiyevdə bir sıra açıqlamalar verib.
“Ukraynanın, şübhəsiz ki, özünümüdafiə hüququ var və beynəlxalq hüquq bu məsələdə Ukraynanın tərəfindədir”, – deyən baş katib daha sonra bunlrı bildirib:
“Rusiya qeyri-qanuni müharibə aparır. Ona görə də Rusiya döyüş təyyarələri və raketləri Ukraynanın mülki infrastrukturuna qarşı istifadə edilməmişdən əvvəl vurulmalıdır. Onları vurmaqla itkilərin qarşısını almaq mümkündür”.
Natiq Səlim,
KONKRET.az