Naxçıvanda ağır yol qəzası oldu – Ölənlər və yaralananlar varbackend

Naxçıvanda ağır yol qəzası oldu - Ölənlər və yaralananlar var

Naxçıvan MR-də iki avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, yaralananlar var.

KONKRET.az report-a istinadən xəbər verir ki, olay Naxçıvan – Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*