Naxçıvanda ət satışı məntəqəsində ciddi nöqsanlar aşkarlandıbackend

Naxçıvanda ət satışı məntəqəsində ciddi nöqsanlar aşkarlandı

Naxçıvan şəhərində ət satışı məntəqələrində monitorinqlər aparılıb.

KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, monitorinqlər zamanı Naxçıvan şəhəri Əlincə məhəlləsi 928 ünvanında fəaliyyət göstərən Məmmədov Elman Fərman oğluna məxsus ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.

Sanitar gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini təsdiqləyən sənədin təqdim edilmədiyi, asqıların paslanan materialdan hazırlandığı, ət doğrama kötüyünün yararsız vəziyyətdə olduğu və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib. Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib və sahibkar maarifləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*