Naxçıvanla sərhəddə üç İŞİD-çi yaxalandıbackend

Naxçıvanla sərhəddə üç İŞİD-çi yaxalandı

Türkiyə polisi İŞİD-ə üzv olmaqda şübhəli bilinən üç şəxsi Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntqəsində yaxalayıb.

KONKRET.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi bildirir.

Agentliyə məlumat verən mənbə deyib ki, terrorçuluqda şübhəli bilinən şəxslərin münaqişə zonasına keçməyə hazırlaşdıqları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Kocaeli antiterror polisi əməliyyat başladıb.

Şübhəlilər Türkiyə-Azərbaycan sərhədindəki Dilucu sərhəd-keçid məntəqəsində antiterror polisləri tərəfindən tutulub. Onlar Kocaeli polis idarəsinə aparılıb və hazırda dindirilir. Saxlanılan şəxslərin kimliyi, hansı ölkənin vətəndaşları olması açıqlanmır.

Türkiyə İŞİD üzvlərinin Suriyaya keçməsi üçün əsas tranzit ölkədir, vaxtaşırı olaraq təhlükəsizlik qüvvələri terror qruplaşmasının üzvlərini həbs edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*