Şair Nazilə Səfərlinin Misir tətili zamanı başına iş gəlib.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, əvvəlcə tur şirkəti viza üçün onu aldadaraq 200 manatını alıb.
Bununla bağlı paylaşım edən N.Səfərli “Viza məsələlərində aldadıla bilərsiniz. Ehtiyyatlı olun! Viza üçün hərəmizə 27 dollar rüsum ödədik. 200 manat isə səyahət firmasının işçisinə sözdə xidmət haqqı ödədik. Bu da keyfiyyətsiz xidmət! Bizə Misirdə 40 dollar cərimə yazıldı. Hərəmiz üçün də 10 dollar rüşvət aldılar. Söhbət Misirin Hurqada şəhərindən gedir. Bu şəhərə giriş viza ilədir” deyə o bildirib.
Şair deyib ki, Misirdə cərimə edilib:
“Misirin Azərbaycandakı səfirliyi və adını hələ çəkmədiyim tur şirkət, aldığınız 400 manat rüşvət və viza üçün… Vizanı vuranda 3 aylıq dediniz. 1 həftədən sonra burada 20 dollar ödəyirik ki, təyyarəyə son məqamda yetişək. Söhbət puldan getmir, bizim yaşadığımız stressdən gedir. Siz necə iş görür, qeyri-peşəkar yanaşırsınız?”.
KONKRET.az