Nazir müavini dərmanların baha olmasının səbəbini AÇIQLADIbackend

Nazir müavini dərmanların baha olmasının səbəbini AÇIQLADI

“Türkiyədən Azərbaycana idxal olunan malların dəyərinin yuxarı olması onların burada da qiymətinin qalxmasına səbəb olub”.

KONKRET.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Ötən il Türkiyə ilə 5,8 milyard dollarlıq ticarət dövriyəmizin 2,3 milyard dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, geyim, tekstil, sənaye məhsulları və maşın avadanlıqları olub”, – deyə Əliyev qeyd edib.

Nazir müavinin sözlərinə görə, Türkiyədə ötən il inflyasiya 70%-dən yuxarı olub:

 “Bu, oradan Azərbaycana idxal edilən malların, həmçinin dərmanların qiymətinə təsir edib. Ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, bizim bu sahədə əsas tərəfdaşlarımız Rusiya və Qazaxıstandır. Həmin bazarda hazırda məhdudiyyət və qadağalar var”.

  • Zamina Elturan
    May 24, 2023 - 14:39

    Rusiyanı başa düşdük,Qazaxıstandan niyə ölkəmizə idxal olunan mallarla bağlı qadağa və məhdudiyyət var??

Zamina Elturan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*