Nazir növbəti büdcə paketinə daxil olan məsələləri AÇIQLADIbackend

Nazir növbəti büdcə paketinə daxil olan məsələləri AÇIQLADI

Hazırda növbəti büdcə paketi müzakirə edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

“Bu büdcə paketi çərçivəsində müxtəlif sosial proqramlar nəzərdə tutulub. Burada ünvanlı sosial yardım, pensiyalarla bağlı məsələlər nəzərdə tutulub. Amma yekun qərar büdcə təsdiq edildikdən sonra məlum olacaq”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, son beş ildə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb.

  • Bahadir
    Oktyabr 26, 2023 - 22:19

    Salam mən muharba veteranı Zeynalov bahadir Hamza oqlu Lerik rayonu nuravut kadında yaşayram fəhlə Adəməm heç bir yerdən gəlirim yoxdu 3 uşaq var doladra bilmirəm bezmişəm daha maşquluq xaqsizliq edir mənə qarşı heçkim kömakliq gösdərmir xahiş edirəm mənim haqqımı versinlər dolənə bilmirəm 21 qoyunəydi umudum onudə vermədilər daha bezmişəm dolənə bilmirəm canıma qast eləyərəm başqə çarəm yoxdur aylami dolədrə bilmirəm

  • Bahadir
    Oktyabr 26, 2023 - 22:21

    Salam maşquluq xaqsizliq edir daha bezmişəm dolənə bilmirəm canıma qast eləyərəm başqə çarəm yoxdur aylami dolədrə bilmirəm

  • Məzahir Manafov
    Oktyabr 27, 2023 - 21:42

    55 yaşim var,hal hazırda heç yerdə işləmirəm, ipoteka ilə 3 illik ev almışam, işləyən vaxtımda normal ödəmişəm. İndi ödəyə bilmirəm. Mənim pensiya kapitalımdan aylıq ipoteka haqqının ödənilməsinə köməklik etməyinizi xahiş edirəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*