Nazirlər Kabineti təhsillə bağlı YENİ QƏRAR VERƏCƏKbackend

Nazirlər Kabineti təhsillə bağlı YENİ QƏRAR VERƏCƏK

“Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrində xüsusi karantin dövründə tədrisin təşkili qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarının qəbul edilməsi gözlənilir”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda təlimdə deyib.

Onun sözlərinə görə, ənənəvi tədris bərpa olunduğu üçün əvvəllər mövcud olan qərara dəyişikliyin olması gözlənilir:

“Pandemiyanın davam etdiyini nəzərə alaraq, ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssisələrinin təklif verməsini gözləyirdik.

Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur. Təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələblərin sayı çoxdursa, bu halda həmin dərslər onlayn keçirilə bilər.

Yaxud da bir çox universitetlər də təklif edirlər ki, təhsil növbəli şəkildə olsun. Hesab edir ki, auditoriyada çoxlu sayda tələbənin toplanmasının qarşısı alınacaq”.

O qeyd edib ki, təkliflərin universitetlərin öz öhdəsinə buraxılması düşünülür:

“Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə təklif etdikləri həll yollarını icra edəcəklər”.

  • Sevinc
    Sentyabr 19, 2021 - 06:03

    Salam. Sizdən çox xahiş edirəm universitetlərdə ənənəvi dərslər əvvəlki qaydada olaraq davam etdirilsin.

    • Vasif
      Sentyabr 19, 2021 - 13:20

      Ölümcül karonavirus infeksiyasini nəzərə almadan danişirsiz.Əgər heç bir təhlukə olmasaydi elə siz deyən ənənəvi qaydada davam edərdi də tədris!

Sevinc üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*