Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu Şərif Mahalov bu gün dünyasını dəyişib.
Bu barədə KONKRET.az-a Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Qeyd edək ki, 81 yaşlı alim Ş.Mahalov 250-dən çox elmi metodik işin, 2 monoqrafiyanın müəllifidir. 2000-ci ildə “Əməkdar həkim”, 2009-cu ildə “Əməkdar Elm Xadimi” adlarına layiq görülüb.