Qlobal enerji bazarlarında neftin qiymətində eniş qeydə alınıb.
KONKRET.az xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin avqust müqaviləsi üzrə qiyməti 1,34% azalaraq bir barel üçün 72,53 ABŞ dolları olub.
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə avqust ayı üzrə “WTI” markalı neftin bir bareli 1,39% ucuzlaşaraq 69,36 ABŞ dollarına düşüb.
