Nəqliyyat vasitələrindən istifadə üçün etibarnamə ləğv edildibackend

Nəqliyyat vasitələrindən istifadə üçün etibarnamə ləğv edildi

Konkret.az yerli mediaya istinadla xəbər verir ki,  Özbəkistanda özəl notariat kontorlarına yenidən icazə verilib. Bu, Prezident Şövkət Mirziyayevin notariat sistemində islahatların aparılması tədbirləri haqqında sərəncamında nəzərdə tutulur.

İlk özəl notariusların 2020-ci il yanvarın 1-dən etibarən yaradılmasına icazə verilir. Bu dəyişikliklər dövlət notarial nəzarətində növbəni azaldacaq.

Digər bir vacib məqam – əmlakla əlaqəli əməliyyatların qeydiyyatı zamanı bir sıra tələblər ləğv edilib.

Belə ki, gələn ilin 1 yanvar tarixindən etibarən yarımçıq tikilmiş yaşayış sahəsinin özgələşdirilməsi zamanı hakimiyyət orqanlarının razılığını almaq lazım deyil.

Bir sıra əməliyyatlar üçün məcburi notarial təsdiqləmə proseduru da ləğv edilir.

Beləliklə, 1 oktyabr 2019-cu il tarixindən etibarən yaxın qohumlar arasında nəqliyyat vasitələrindən istifadə və idarəetmə hüququ üçün notarial qaydada təsdiq edilmiş etibarnamə ləğv edilir.

Bundan əlavə, 2020-ci il yanvarın 1-dən etibarən ilkin bazarda əmlak almaq üçün müəssisələrin icarəyə verilməsi və pulsuz istifadəsi, ipoteka, girov və icarəyə verilməsi barədə müqavilənin məcburi notarial təsdiqi qaydası ləğv edilir.

Rəhim Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*