backend

Netanyahudan qalmaqallı VƏD: "Bunu ancaq mən edə bilərəm"

İsrailin Baş Naziri Binyamin Netanyahu ölkə vətəndaşlarını əmin edib ki o, işğal edilmiş Qərbi Şəriyədəki qanunsuz yəhudi yaşayış məntəqələrinin və İordan vadisinin İsrailin ərazisinə qatılmasını ABŞ-a qəbul etdirəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu, rəhbərlik etdiyi Likud Partiyasında keçiriləcək baş nazir seçkisi öncəsi bir sıra vədlər verib.

Baş nazir olduğu dövrdə ABŞ Prezidenti Donald Trumpın işğal edilmiş Suriya ərazisindəki Golan yüksəkliklərinin İsrailə birləşməsini və Qüdsün “İsrailin paytaxtı” elan edilməsini qəbul etdiyini xatırladan Netanyahu, hələ çox işlər görəcəyini dilə gətirib:

“Amerikanın İordaniya Vadisində və bütün yaşayış məntəqələrində suverenliyimizin tanımasını təmin edəcəm. Növbəti addım budur və bunu, ancaq mən edə bilərəm”.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*