İsrailin Baş naziri Benyamin Netanyahu növbəti hücumlar barədə açıq bəyanatla çıxış edib. O bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri çox yaxın zamanda yenidən Tehran səmasında görünəcək və müxtəlif hədəflərə zərbələr endiriləcək.
KONKRET.az xəbər verir ki, bu bəyanata cavab olaraq, İran Prezidenti Məsud Pəzeşkiyan İsrailin İslam Respublikasına qarşı təcavüzünü davam etdirməsi halında Tehranın daha sərt və güclü cavab verəcəyini bildirib.
“Əgər İsrail hücumlarını davam etdirərsə, cavabımız daha amansız olacaq”, – deyə Pəzeşkiyan vurğulayıb.
Natiq Səlim,
KONKRET.az