Nino Burcanadze: “Münaqişələrin nizamlanmasında irəliləyiş yoxdur” – EKSKLÜZİVbackend

Nino Burcanadze: "Münaqişələrin nizamlanmasında irəliləyiş yoxdur" - EKSKLÜZİV

“Ümid edirəm ki, Gürcüstanda bir də heç vaxt müharibə olmaz. Həm Cənubi Osetiya, həm də Abxaziyada güc tətbiqinə yol verməmək üçün bütün səyləri ortaya qoymaq lazımdır”.

Bu sözləri KONKRET.az-a özəl açıqlamasında Gürcüstan parlamentinin eks spikeri Nino Burcanadze bildirib. Şərhinin davamında Abxaziya və Cənubi Osetiyada baş verən faciələri ağrı-acı adlandıran siyasətçi əsrlərlə bu xalqların sülh içində yaşadığını xatırladıb:

“Təəssüf ki, son 30 il bu tarixi əlaqələrin faciəvi istisnası olub. Buna görə də müharibədən, Cənubi Osetiya ilə Abxaziyanın savaş yolu ilə qaytarılmasından danışmaq lazım deyil. Gürcüstan etimadı, dağıdılan körpüləri bərpa etmək üçün hər şey etməlidir. Bundan başqa, həm abxaz, həm də osetinlərə faciənin təkrarlanmayacağı, vahid, çiçəklənən Gürcüstanda sülh içində birgə yaşayacağımız barədə zəmanət vermək lazımdır. Hökumət, müxalifət və cəmiyyət bu istiqamətdə çalışmalıdır. Hazırda görülən işlərin məni qane etdiyini deyə bilmərəm. Elə ona görə də konfliktlərin nizamlanmasında irəliləyiş yoxdur. Söhbət problemin yalnız sülh yolu ilə həllindən gedir. Və elə şərait qurmaq lazımdır ki, Gürcüstan bir daha heç kimlə müharibə yaşamasın”, – deyə Nino Burcanadze açıqlamasını tamamlayıb.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*