“Nizami Gəncəvi türk dünyasının böyük şairidir” – İranın təxribatına CAVABbackend

“Nizami Gəncəvi türk dünyasının böyük şairidir” - İranın təxribatına CAVAB

İranın Ali Mədəni İnqilab Şurası prezident vəzifəsini icra edən Məhəmməd Moxberin imzası ilə “Nizami Gəncəvi Beynəlxalq Fondu”nun yaradılmasına dair qərarı təsdiqləyib.

Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah deyib ki, şuranın qərarı ilə Nizami Fondu İranın mədəni sərvətlərini qorumaq və fars dilini təbliğ etmək məqsədilə təsis edilib.

Bildirilib ki, Şuranın 18 iyun tarixli 901-ci iclasının qərarına görə, Nizami Fondu fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması yönündəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulub.

Daha öncə də İran hökuməti dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı iddialar irəli sürüb. Ancaq məşhur iranlı tarixçi yazar Səid Nəfisi buna etiraz edərək Nizamidən türk qoxusunun gəldiyini deyib: “Nə yapışmısınız, Nizamidən?”

Mövzu ilə bağlı KONKRET.az-a danışan deputat Fazil Mustafa hesab edir ki, İranın Nizami Gəncəvi irsinə marağı siyasi məna kəsb edir:

Fazil Mustafa güllələndi — Yenilənib

“İranın belə addım atması daha çox farsdilli poeziyanın təmsilçisi kimi Nizamiyə yanaşmadır. Təbii ki, biz də ona Azərbaycan mühitində yetişmiş bir şair kimi yanaşırıq. Bu bir faktdır ki, Nizami əsərlərini fars dilində yazıb. İran bu baxımdan daha çox sahiblənməyi vacib sayır. Təbii ki, Nizami Gəncəvi irsinə İranın maraq göstərməsi həm də siyasi xarakter daşıyır. Bu, adın onlar tərəfindən daha çox iranlaşdırmasına xidmət edir”.

Fazil Mustafanın sözlərinə görə, Azərbaycan Nizami Gəncəvi irsi ilə bağlı öz təbliğatını aparmalıdır:

“Biz öz işimizi görməliyik. Nizami müasir Azərbaycan ərazisinə bağlı olan böyük tarixi şəxiyyətdir. Biz öz təbliğatımızı aparmalıyıq. Açığı, İranda Nizaminin elmi irsinin molla zehniyyəti ilə anlaşılması mümkün deyil. Nizamini nə qədər təbliğ etsələr də, Nizaminin dünyəvi mahiyyətini heç vaxt qabarda bilməyəcəklər. Məsələyə bu kontekstdən yanaşılmalıdır ki, Nizami irsinə kim daha sistemli sahib çıxacaqsa, Nizami daha çox ona məxsus olacaq. Bunu da Azərbaycan edir. Burada hər hansı narahatlığa əsas yoxdur”.

Politoloq Tural İsmayılov isə bildirib ki, İran Nizami Gəncəvi mövzusunda daim manipulyasiya etməyə çalışır:

Dövlət Miqrasiya Xidməti mühüm işlər görür” – Tural İsmayılov | 1news.az |  Xəbərlər

“Bu, nə birinci, nə də sonuncu hadisədir. Əslində bu, İranın Azərbaycanla münasibətlərdə səmimi olmadığını göstərir. İran Nizami Gəncəvi mövzusunda daim manipulyasiya etməyə çalışır. Tədris materiallarında, İranın digər mənbələrində Nizami Gəncəvinin, eləcə də digər tarixi şəxsiyyətlərin kimliyi, bir sıra tarixi abidələrlər bağlı manipulyasiyalar edilir. Nizami Gəncəvi Azərbaycan şairidir. Azərbaycan ədəbiyyatının, türk dünyasının böyük ismidir. Onu hansısa formada İran ictimai fikrinin tarixinə calamağa çalışmaq absurd və həmçinin tarixin saxtalaşdırılmasıdır”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*