Əməkdar artist Nüşabə Ələsgərli bayağı musiqiyə sponsorluq edənləri tənqid edib.
KONKRET.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “7 tamam” verilişində danışıb.
N.Ələsgərli bildirib ki, musiqi aləmində bu cür neqativ halların aradan qaldırılması üçün televiziyaların nəzdində sponsorların köməyi ilə xüsusi orkestr yaradılmalıdır:
“Türkiyənin televiziya kanallarına baxıb görürük ki, orada müğənnini 50 nəfərdən ibarət orkestr müşayiət edir. Bizdə isə cəmi 4 nəfər insan oturur. Olmaz ki, onlarda olan kimi bizdə də 50 nəfər musiqiçi otursun və bizdə böyük ləzzətlə ifa edək?
Bu sözlərimlə verilişdə əyləşən musiqiçilərimizi aşağılamaq istəmirəm. Söhbət sistemdən gedir. İstəyirəm ki, skripkaçılar, nəfəs, simli və zərb alətlərinin ifaçıları əyləşib musiqi çalsınlar, biz də, tamaşaçılar da onları dinləyərək zövq alaq. Nə qədər səviyyəsiz musiqiyə sponsorluq etmək olar?”