“O, həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin!” – DEPUTATbackend

“O, həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin!” - DEPUTAT

“Pandemiya dövründə tibb işçiləri qəhrəmanlıq göstəriblər, ön cəbhədədirlər. Dünyasını dəyişən tibb işçiləri də var. Ancaq bir neçə baş həkim dedi ki, pandemiya başlayanda bəzi tibb işçiləri ərizə verərək işdən çıxıblar. Arqumentləri də bu olub ki, virusu evə aparmaq istəmirlər. İndi isə həmin tibb işçiləri geri qayıtmaq istəyirlər, çünki pandemiya səngiyib. Ön cəbhədən qaçanların yenidən işə bərpa olunması nə dərəcədə düzgündür? Baş həkimlər xahiş edirlər ki, Əmək Məcəlləsinə dəyişiklik edilsin, o həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bugün komitənin iclasında çıxış edərkən deyib.

Parlamentari həmçinin ehtiyacı olan xüsusi kateqoriya şəxslərə dövlət hesabına ev verilməsi ilə bağlı rayon icra hakimiyyətlərindəki komissiyalara millət vəkillərinin də daxil edilməsini də təklif edib:

“Bizə müraciət edən insanlar var ki, illərdir növbədədir, ancaq növbə dəyişmir. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə də əlaqə saxlamışam. Məlum olur ki, bu məsələ ilə rayon icra hakimiyyətlərində yaradılan komissiyalar məşğul olur. Mən deputatların da o komissiyalara daxil edilməsini təklif edirəm. Millət vəkili kimi bu işlərə də vaxt ayıraq”.

  • Omer
    Sentyabr 9, 2020 - 23:28

    Hekimler ise goturulmelidi. Hekimler pulsuz eV ve yuksek emek haqqi verilmelidir. Xestelik Cox olan dovrdede, indi de en Cox eziyyet ceken tibb iscileridir. Basqa qurumlarda VAR, amma onlar in isi ile hekimlerin is in muqaise etmek olmaz. Derya ve damla.. Ona gore de gerek her yerde hekimler den behs edek. Dunen yunanlara qalib gelen komandamizin geyimindede hekimler minnetdarliq suari yazmaq olardi. Her hal buna icaze vererler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*