Ödəmə terminalını oğurlayan üçlük yaxalandıbackend

Ödəmə terminalını oğurlayan üçlük yaxalandı

Ödəmə terminalını oğurlayıb hadisə yerini tərk edən zaman qəzaya düşən şəxslər polislər tərəfindən saxlanılıb.

KONKRET.az DİN-ə istinadla xəbər verir ki, bu, Binəqədi rayonunda baş verib.

Qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar.

Hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər – 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü Kamil Əliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar.

Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədi ilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayev isə marketi kənardan müşahidə edərək digərlərinə obyeketin bağlanma saatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazini tərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindən onlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradan uzaqlaşıblar.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*