Oğlu öldürülən ata qisas almağa çalışdı – 5 illik həbs edildibackend

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Polisin keçirdiyi tədbirlərlə E.Məmmədov saxlanılıb.

Belə ki, Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula görə mübahisə ediblər və bu insident ağır cinayətlə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi yeniyetməyə 7 il 6 ay həbs cəzası verib.

Hadisədən sonra Tunarın atası Etibar bıçaq götürərək həmin istixanaya gedib və işçilərin oradada çalışmamasını tələb edib, onlara obyektin fəaliyyətini boykot etməli olduqlarını deyib. Bu zaman istixananın mühafizəçisi 1984-cü il təvəllüdlü Ziya Cəfərov Tunarın atasına yaxınlaşaraq ərazini tərk etməsini tələb edib. Nəticədə, münaqişə yaranıb və Etibar Məmmədov üzərində gətirdiyi bıçaqla mühafizəçiyə zərbələr endirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.5-ci maddələri ilə iş başlanılıb.

Bıçaqlanan mühafizəçi Etibardan şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə E.Məmmədova 5 il həbs cəzası verilib.

Fotoda Tunar Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*