Oğuzda avtomobil üç yaşlı uşağı və babasını vurdubackend

Oğuzda avtomobil üç yaşlı uşağı və babasını vurdu

Oğuzda avtomobil baba və azyaşlı nəvəsini vurub.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Oğuz şəhəri, H. Əliyev prospektində baş verib.

Rayonun Calut kənd sakini İsrail Xələfzadə idarə etdiyi VAZ-21015 markalı avtomobillə rayonun Muxas kənd sakini, 1959-cu il təvəllüdlü Etibar Yoməddin oğlu Fərhadov və onun azyaşlı nəvəsi, 2021-ci il təvəllüdlü Həsən Elsevər oğlu Fərhadovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan baba və nəvə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-da E. Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Qəbələ RMX-a göndərilib.

Azyaşlının xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*