Oğuzda mikroavtobus aşdı – Yaralılar varbackend

Oğuzda mikroavtobus aşdı - Yaralılar var

Oğuzda mikroavtobus aşıb, çoxlu sayda yaralı var.

KONKRET.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların bir qismi Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində rayonun hüquq-mühafizə orqan əməkdaşları araşdırma aparır.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*