Öncə əməkhaqqı artmalı, sonra iş saatları ilə bağlı qərar verilməlidir – VACİB AÇIQLAMAbackend

Öncə əməkhaqqı artmalı, sonra iş saatları ilə bağlı qərar verilməlidir - VACİB AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində qadınların iş saatlarının azaldılması ilə bağlı modellər artıq tətbiq olunur. Maraqlıdır, bu model Azərbaycanda da mümkün ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda iş saatlarının azaldılması ilə bağlı müzakirələrdən daha önəmli olan əməkhaqqı məsələsidir:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Azərbaycanda bu gün maaşların az olması müzakirə edilməlidir. Çünki xanımların iş saatlarının azaldılması onların gəlirlərinə mənfi təsir göstərməməlidir. Əksinə, maaşlarının artmasına səbəb olmalıdır”.

Ekspert qeyd edib ki, ölkədə qadın və kişi maaşları arasında ciddi fərq mövcuddur:

“Azərbaycanda bir disbalans var. Xanımların maaşları kişilərin əməkhaqqından daha aşağıdır. Bu disbalans aradan qaldırılmalıdır ki, sonradan iş saatları ilə bağlı hər hansı qərar vermək mümkün olsun”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*