Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin (GVPU) rəhbəri general-leytenant Apti Alaudinov ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planı tənqid edib.
KONKRET.AZ globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Alaudinovun sözlərinə görə, Vaşinqtonun irəli sürdüyü şərtlər Moskvanın maraqlarını nəzərə almır və tərəflər arasında real balans yaratmır.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp atəşkəsin təmin edilməsini və Kiyevin yeni ərazi iddialarından imtinasını Rusiyanın “güzəşt addımları” kimi səciyyələndirib.
“Financial Times” yazır ki, Ukrayna hakimiyyəti və Avropa ölkələri Cenevrədə keçirilən görüşlər zamanı müzakirə olunan sənədə yenidən baxılmasına nail olublar. Nəticədə təklif olunan bəndlərin sayı 28-dən 19-a endirilib.
Alaudinov hesab edir ki, Qərbin bu təşəbbüsləri Rusiyanı fakt qarşısında qoymaq cəhdi kimi görünür:
“Bizi bir daha aldatmaq istəyirlər, amma biz buna imkan verməyəcəyik”, – deyə general-leytenant bildirib.
Onun fikrincə, ABŞ Prezidentinin sülh təşəbbüsləri Ukraynanın maraqlarını əsas götürmür. Alaudinov iddia edir ki, Ağ Ev rəhbərliyi bu prosesdə daha çox öz siyasi imicini və iqtisadi üstünlüklərini düşünür.
