DİQQƏT: Bu tarixdən hava kəskin dəyişir – Güclü qar yağacaq, şaxta olacaq backend

DİQQƏT: Bu tarixdən hava kəskin dəyişir - Güclü qar yağacaq, şaxta olacaq 

“Abşeron yarımadasında, eləcə də Bakı şəhərində qışın nisbətən mülayim keçməsinə səbəb Xəzər dənizinin iqlim şəraitinə əhəmiyyətli təsir göstərməsidir”.

Bu fikirləri hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib.

Bakıya qar yağmayacaq, ancaq…” - İqlimşünas hava ilə bağlı məsələyə NÖQTƏ QOYDU | KONKRET

“Qış fəslinin iqlim xüsusiyyətlərinə görə və sinoptik şəraitlə əlaqədar olaraq, adətən dekabr ayının üçüncü ongünlüyündən balayaraq, yanvar və fevral ayları da daxil olmaqla, mart ayının ikinci ongünlüyünədək bölgəmiz tez-tez soyuq hava kütlələrinin təsirinə məruz qalır. Bu zaman ölkəmizin əksər bölgələrində və paytaxtımızda bəzi günlərdə hava şəraitinin kəskin dəyişilməsi, güclü küləklərlə müşayiət olunan qarlı və şaxtalı hava müşahidə edilir”.

Ekspert sonda əlavə edir ki, lakin son dövrlərdə ətraf mühitə və atmosferə aktiv antropogen təsirlərin artması səbəbindən gözlənilməz ekstremal meteoroloji hadisələr və anomaliyalar da istisna edilmir.

Noyabr ayının sonu və dekabr ayının birinci ongünlüyündə havaların tədricən soyuyacağı və bəzi günlərdə yağıntılı olacağı gözlənilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*