Rusiya Milli Rabitə Mərkəzinin rəhbəri Olqa Kevorkova eusiyalı məmurların Şimali Koreyayada iclas zalından çıxarılmasını şərh edib.
KONKRET.az-ın məlumatına görə, o, bunu müxtəlif ölkələrin diplomatik ənənələrindəki fərqlərlə izah edib.
“Nümayəndə heyətlərinin iclas zalına dəvət edilməsi proseduru ölkədən asılı olaraq dəyişir. Rusiyada prezident və digər dövlətlərin başçılarının zala yalnız bütün iştirakçılar artıq yerlərini tutandan, sənədləri düzəndən və iclasın başlamasına son hazırlıqların bitməsinən sonra daxil olması adətdir. Lakin Şimali Koreyanın fərqli protokolu var. Yerli qaydalara görə, nümayəndə heyəti yalnız dövlət başçıları otağa daxil olduqdan sonra zala daxil olur. Hər bir ölkənin öz ənənələrini və protokol qaydalarını yaratmaq hüququ var. Məhz buna görə də Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, baş nazirin birinci müavini Denis Manturov və Rusiya nümayəndə heyətinin digər üzvləri iclas zalına daxil olanda onlardan otağı tərk etmələri istənilib”.
Müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik:
Orxan HƏSƏNLİ,
KONKRET.az