“Bu silahların ilk buraxılışını almaq risklidir” – Ekspert İrəvanı Hindistan haubitsaları barədə XƏBƏRDAR ETDİbackend

"Bu silahların ilk buraxılışını almaq risklidir" - Ekspert İrəvanı Hindistan haubitsaları barədə XƏBƏRDAR ETDİ

“Təbii ki, Hindistan hərbi texnologiya sahəsində son zamanlar kəskin sıçrayış edən bir ölkədir. Lakin yadda saxlamaq lazımdır ki, onların ilk ixrac müştərisi olmaq risklidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Ruslan Puxov deyib.

O hesab edir ki, Ermənistan üçün bu qərar ciddi risklər daşıyır.

“Ümid edirəm ki, hindistanlı tərəfdaşlar Ermənistanın belə bir riski qəbul etməsinə görə endirim ediblər. Həmişə başa düşmək lazımdır ki, sülh dövründə silah alanda planlı alış-veriş həyata keçirirsən. Müharibə zamanı isə bu bir az tələsik olur, – deyə ekspert qeyd edib.

Mütəxəssisin sözlərinə görə, əslində Hindistan silahlarını almaq o qədər də pis addım deyil:

“Çünki silahlarla yanaşı, beynəlxalq təşkilatlarda sizə dəstək verə biləcək bir ölkənin lütfünü alırsınız.  Ona görə də Ermənistanın Hindistan silahı alması daha çox siyasi qərardır. Ancaq zəif və xam silahdan istifadə etməkdənsə, işlənmiş Amerika ekvivalentini almaq daha yaxşıdır”, – deyə Ruslan Puxov bildirib.

“Ermənistan antidronlarla yanaşı, tamam başqa çaplı haubitsalar və reaktiv yaylım atəşi sistemləri də alır. Onların istifadə mexanizmi olduqca çətin olacaq. Əlavə olaraq, sənədlər ingilis dilindədir, bu da tətbiqi çətinləşdirir”, – deyə hərbi ekspert fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*