VII Çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası bu gün qapalı formada keçiriləcək.
KONKRET.az xəbər verir ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
İclasda hər hansı fikir ayrılığının yaşanacağı gözlənilməsə də, KİV əməkdaşlarının prosesi müşahidə etməsi məqbul sayılmayıb.
Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında növbədənkənar seçkilərin nəticələri təsdiqlənib./Yenisabah.az