Ordubadda 50 yaşlı kişi öldürüldü – Qonşusu saxlanıldıbackend

Ordubadda 50 yaşlı kişi öldürüldü - Qonşusu saxlanıldı

İyunun 13-də bir nəfər Ordubad rayonunun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ordubad rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəsulov Bəxtiyar Sərdar oğlu şübhəli şəxs qismində tutulub.

Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*