Orta aylıq əməkhaqqı ARTDIbackend

Orta aylıq əməkhaqqı ARTDI

2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1706,5 min nəfər olub, onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

KONKRET.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Muzdla işləyənlərin 19%-i təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4%-i tikinti, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2023-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 925,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Huseynova
    Sentyabr 17, 2023 - 11:15

    Pensiya

    • Tahirə Hüseynova
      Sentyabr 17, 2023 - 22:36

      Salam hərbiçilərə verilməli olan ərzaq pulu 10 ildor verilmir bu il verilməsi nəzərdə tutulubmu?

  • T.T
    Sentyabr 18, 2023 - 10:26

    Salam hərbiçilərə verilməli olan ərzaq pulu 10 ildir verilmir bu il verilməsi nəzərdə tutulubmu? Və maaşlar artdı deyirsiniz lakın bir dəyişiklik yoxdur.bunun səbəbi?

T.T üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*