İtaliyanın şimalındakı Lombardiya bölgəsində təxminən 400 il əvvəl qurulan Bernaqa monastırında baş verən böyük yanğın tarixi binanın bir hissəsini məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, monastırda yaşayan rahibələr dərhal təxliyə ediliblər. İlkin məlumatlara görə, yanğın kameralardan birində qısaqapanma nəticəsində baş verib.
Yanğın zamanı qiymətli sənət əsərləri – rəsmlər, kilsə qabları və antik mebellər məhv olub.