Ötən gün təhvil götürülən silahların sayı açıqlandıbackend

Ötən gün təhvil götürülən silahların sayı açıqlandı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, iyunun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 2 tüfəng, 4 patron darağı və 107 müxtəlif çaplı patron təhvil götürüblər.

İyunun 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 5 avtomat silahı, 9 tapança, 3 tüfəng, 13 patron darağı və 66 patron aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*