ÖVLADLARINIZI qoruyun: PEDOFİLİYA əlamətləri bunlardır – ƏTRAFLIbackend

ÖVLADLARINIZI qoruyun: PEDOFİLİYA əlamətləri bunlardır - ƏTRAFLI

Pedofiliya dünyada xəstəlik kimi qəbul olunub. Bu diaqnoza 3 kateqoriya insan daxildir:

1. Cinsəl tərəf müqabili kimi ancaq uşaqları seçənlər;

2. Əvvəlcə yetkin həmdəmlərə üstünlük verib, hansısa intim uğursuzluqdan sonra uşaqlara köklənənlər;

3. Hətta öz övladları ilə də intim əlaqəyə girənlər.

KONKRET.az xəbər verir ki, ikinci kateqoriya insanlarda pedofilliyə səbəb kimi analarının çox hökmlü olması da göstərilir. Üçüncü kateqoriyada isə insestlə pedofiliya qarışır. Əksər pedofillər kişilərdir.

Pedofilin qurbanı uşaq kimi görünməli, yaxud özünü azyaşlı kimi aparmalıdır. Pedofillərin sevimli yaş həddi 8-10 olsa da, 4 yaşlıya tamah salanlar da, zahirən və davranışca azyaşlı kimi görünən 12-13 yaşlıları seçənlər də var. Lakin yetkinlik yaşına çatmayan insanlarla sevişən hər kəs pedofil deyil. Diaqnozun təyin olunması üçün psixoloji rəy lazımdır.

– Pedofillər uşaqlı ailənin yaxın ətrafında dolaşır. Yəni onlara qonaq gedə biləcək münasibətə malik olurlar. O zaman da uşağa qəfil hücum çəkmirlər. Əksinə, psixoloji zəmin yaradırlar. Öz aralarında sirr saxlanması şərtilə pornolar göstərirlər;

– Pedofillər qabarıq uşaq sevgisilə seçilirlər. Bu xəstəliyin əlamətlərindən biri uşaqlarla görüşə tələsmək, onlarla istənilən təmasa çalışmaqdır.

Normal insan da pedofilə çevrilə bilər:

– Hədsiz spirtli qəbulu;

– Kəllə-beyin travması;

– İnfeksion xəstəlik;

– Boşanma.

Hazırda televiziyalarda pedofiliyaya təhriketmə ünsürləri var: özünü böyük kimi aparan uşaqların nümayişi, rəqs qruplarında azyaşlılara kiçik ölçülü yetkin qadın paltarlarının geyindirilməsi, saç düzümü, qrim, yaşından və boyundan böyük jest, mimikalar.

Cəmiyyətdəki stres çoxluğu da pedofillərin sayını artırır.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*