“Oyundan qabaq araq içirdik” – Drentebackend

“Oyundan qabaq araq içirdik” - Drente

“Alaniya” klubunda çıxış edən niderlandlı yarımmüdafiəçi Royston Drente oyunçuların matçlardan əvvəl araq içdiyini bildirib.

KONKRET.az AS-a istinadla xəbər verir ki, o, Rusiya komandasındakı bu “ənənəni” belə izah edib:

“Komanda yoldaşlarım arağı çox sevirdi, hətta məşqçimiz də. Matçlardan əvvəl bir qurtum içmək onlar üçün adi bir şey idi. Mən isə araq yox, viski içməyə üstünlük verirdim. Orada bu normal hal idi. Məsələn, Türkiyədə isə oyunçuların matçdan sonra duşda siqaret çəkməsi adət idi”.

Xatırladaq ki, Drente “Feyenoord”un yetirməsi olub və 2013-cü ilin fevralında “Alaniya”ya keçib. Lakin cəmi altı ay sonra klubdan ayrılıb. O, Rusiya Premyer Liqasında 6 matça çıxıb, 3 qol vurub və 2 sarı vərəqə alıb.//Yenisabah.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*