Öz bacısını 8 yaşlı övladının gözləri önündə ÖLDÜRDÜ – ŞOKbackend

Öz bacısını 8 yaşlı övladının gözləri önündə ÖLDÜRDÜ - ŞOK

Sultanqazidə Harun Koçak adlı şəxs mübahisə zəminində bacısını evdə tapança ilə öldürüb.

KONKRET.az xəbər verir ki, mübahisədən sonra Harun Koçak silahı hazırlayarkən silahdan atəş açılıb. Qardaşlar silahı tutmağa çalışarkən tapança yenidən atəş açıb və Ayşe Koçakın başına dəyib.

Ayşe Koçak həyatını itirib. O, bacısını 8 yaşlı uşağın gözü qarşısında qətlə yetirib

Hadisə ötən gecə Zübeyde Xanım Məhəlləsində baş verib. İddiaya görə, evdə Ayşe Koçak ilə böyük qardaşı Harun Koçak arasında mübahisə düşüb. Mübahisədən sonra böyük qardaş Koçak evin hamamına girərək silahı hazırlayarkən qəfildən silah partlayıb. Ayşe Koçak və digər bacı-qardaşlar böyük qardaş Koçakın intihar etdiyini düşünərək hamama tərəf qaçıblar.

Harun Koçakın əlində tapançanı görən qardaşlar silahı tutmağa çalışıb və tapança yenidən atəş açıb. Silahdan çıxan güllələr Ayşe Koçakın başına dəyib. Koçak qan içində yerə yıxılıb. Xəbərdarlıq üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları Ayşe Koçakın öldüyünü müəyyən ediblər.(ajansaz)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*