
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Moskva-Daşkənd təyyarəsi dekabrın 26-na keçən gecə Vnukovo hava limanına qayıtmaq məcburiyyətində qalıb. Buna səbəb təyyarədə sərnişinin halının pisləşməsi olub. Bu barədə mediaya hüquq-mühafizə mənbələri məlumat verib.
“Təxminən 1 radələrində Vnukovodan Özbəkistanın paytaxtına uçan 602-ci reysin dayandırılması və təyyarənin geri dönəcəyi barədə məlumat daxil olub. Sərnişinlərdən biri, 50 yaşlı Özbəkistan vətəndaşı təyyarədə özünü pis hiss edib. Saat 1.10-da təyyarə eniş edib, amma həkimlər sərnişini xilas edə bilməyiblər”.