Özbəkistanda Azərbaycanın da iştirak etdiyi forumun maraqlı təfərrüatlarıbackend

Özbəkistanda Azərbaycanın da iştirak etdiyi forumun maraqlı təfərrüatları

KONKRET.az Özbəkistan XİN-in mətbuat xidmətinə istinadən bildirir ki, dünən Türk Şurasının baş katibi Bağdad Amreyev ölkənin paytaxtı Daşkəndə gəlib.

Amreyev oktyabrın 6-dək işgüzar səfər çərçivəsində xarici işlər, sərmayələr və xarici ticarət nazirliklərində, eləcə də ticarət-sənaye palatasında görüşlər keçirəcək. Bundan başqa baş katibin sərmayə biznes forumunun iclasında iştirakı da gözlənilir. Bu forumda yerli biznesmenlərlə yanaşı Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan və Macarıstandan gələn biznesmenlər iştirak edəcəklər.

Əvvəl də xəbər verildiyi kimi, sentyabrın 14-də Şafqat Mirziyayev Türk Şurasının yaradılması barədə Naxçıvan razılaşmasının ratifikasiya olunması barədə qanun imzalamışdı. Türkiyə XİN bildirmişdi ki, Özbəkistanın təşkilata daxil olması yaxın zamanlarda başa çatacaq.

Məlumat üçün bildirək ki, Türk Şurası 10 il əvvəl yaradılıb və hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyəni birləşdirir. Təşkilatın katibliyi İstanbulda yerləşir, Şuranın məqsədi ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.

Qeyd edək ki, dünən Rusiya Federasiya Şurasının sədri  Valentina Matviueynko da Özbəkistanda Avrasiya Birliyinə üzvlüklə bağlı danışıqlara start verib. Qeyd edək ki, İslam Kərimov bütün qətiyyətilə bu ittifaqa üzv olmaq istəmirdi. İslam Kərimov paralel olaraq Türk Şurasına da daxil olmaq niyyətində olmayıb. Məhz Şafqat Mirziyayevin Şuraya daxil olmaq barədə qərarı bir sıra mətləblərdən xəbər verir. Özbəkistan prezidenti Rusiyanın təzyiqi ilə Avrasiya Birliyinə üzvlüklə bağlı danışıqların getdiyi ərəfədə Türk Şurasına qatılmaq barədə qərarı bu baxımdan anlaşılandır. Bütün bunlar isə onu deməyə əsas verir ki, sonrakı proseslərdə Şafqat Mirziyayevin yeni siyasi manevrlərinin şahidi olacağıq.

R,ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*