ABŞ Prezidenti Donald Tramp mitinq zamanı şəxsi görünüşü ilə bağlı maraqlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, Corciya ştatında keçirilən mitinqdə çıxış edən Tramp üzünə az miqdarda kosmetika çəkdiyini və bunu özü etdiyini bildirib.
“Çox az kosmetikadan istifadə edirəm və özüm çəkirəm. Ən azı bir az kosmetika çəkməsən, meyitə oxşayarsan. Mən belə görünmək istəmirəm”, – deyə ABŞ lideri qeyd edib.
Xatırladaq ki, 2025-ci ilin avqustunda The Independent nəşri Trampın sağ əlindəki göyərməyə diqqət çəkmişdi. Nəşrin məlumatına görə, prezident Ağ Evdə, Oval kabinetdə fərmanları imzalayarkən əlindəki göyərməni tonal kremlə gizlətməmişdi.
Daha sonra Trampın əlindəki göyərmə Cənubi Koreya Prezidenti Li Ce Myonla görüşü zamanı da müşahidə olunmuşdu.
Günay Əli
KONKRET.az
