Pakistan nüvə silahından istifadə edə bilər – Nazir açıqladıbackend

Pakistan nüvə silahından istifadə edə bilər - Nazir açıqladı

Pakistan hakimiyyəti hazırda nüvə arsenalından istifadə imkanlarını nəzərdən keçirmir.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Xavaca Asif Hindistanla münaqişənin gərginləşməsini şərh edərkən bildirib.

Nazir nüvə variantının “hazırda masada olmadığını”, lakin vəziyyət yaranarsa, münaqişəni gərginləşdirənlər bundan əziyyət çəkəcəyini açıqlayıb.

Asif Pakistan Silahlı Qüvvələrinin Milli Komandanlığının iclasının təşkili ilə bağlı yayılan xəbərləri də təkzib edib.

Aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirdə terror aktı baş verəndən sonra Yeni Dehli ilə İslamabad arasında qarşıdurma  kəskinləşib. Hindistan hadisədə Pakistanın kəşfiyyat xidmətlərini günahlandırıb. İki nüvə dövləti arasında döyüşlər davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*