Pakistanı isti hava “vurdu”: 6 gündə 568 nəfər öldübackend

Pakistanı isti hava "vurdu": 6 gündə 568 nəfər öldü

Pakistanın Kəraçi şəhərində dəhşətli istilər nəticəsində son 6 gündə 568 nəfər həyatını itirib. Ən çox insan itkisi çərşənbə axşamı baş verib.

KONKRET.az xəbər verir ki, Pakistanın Sind əyalətinin Kəraçi şəhərində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Üstəlik yüksək rütubət temperaturu 49 dərəcəyə qaldırıb. Təcili yardım xidmətinin verdiyi açıqlamada deyilir ki, həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirilir. Bildirilib ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.

Təcili xidmət rəhbəri doktor İmran Sərvər Şeyx bildirib ki, “Bazar günündən cümə axşamına kimi Kəraçi Mülki Xəstəxanasına istilik vurması ilə 267 nəfər müraciət edib və onlardan 12-si dünyasını dəyişib. Xəstəxanaya gələnlərin çoxu 60-70 yaşlarında idi, lakin 45, hətta 20 yaşlarında olan cütlük də müraciət edənlər arasında olub. Bu insanların çoxu çöldə işləyirdi. Onlara bol su içmələri və bu istidə yüngül paltar geyməyi tövsiyə edirik”.

Qeyd edək ki, Pakistanda həftəsonu həddindən artıq istilərdən sonra soyutma mərkəzləri və düşərgələr yaradılıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*